ABŞ məhbus mübadiləsi sazişi çərçivəsində İranın aktivlərini açdı

21:11 - 12 Avqust 2023

ABŞ məhbus mübadiləsi sazişi çərçivəsində İranın aktivlərini açdı

ABŞ İranın məhbus mübadiləsi sazişi çərçivəsində Tehranın alacağı 6 milyard dollarlıq aktivləri açıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin deyib.

"İranın Cənubi Koreyadakı bütün aktivləri artıq açılıb. Tezliklə bu vəsaitlər vonudan avroya çevriləcək və Qətərdəki altı İran bankının hesablarına yerləşdiriləcək”, - deyə o bildirib.

Xatırladaq ki. bir neçə gün öncə İran beş amerikalını ev dustaqlığına buraxıb.

Ağ Ev hadisəni ümidverici addım adlandırsa da ABŞ vətəndaşları - Siamək Namazi, Murad Təhbaz, Emad Şərqi və hazırda adının açıqlanmasını istəməyən iki amerikalının ilk növbədə heç vaxt həbs edilməməli olduğu bəyanatını verib.

İran xarici işlər nazirinin müavini və baş müzakirəçi Əli Bakiri isə əvvəllər "Twitter" kimi tanınan "X" sosial media platforması hesabında ABŞ-la məhbus mübadiləsi ilə bağlı etdiyi paylaşımda “ABŞ-ın bir neçə ildir qanunsuz olaraq müsadirə etdiyi milyardlarla dollarlıq aktivinin sərbəst buraxılması prosesi başladı" ifadəsini işlədib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az