Rusiya Türk pilotsuz təyyarələri “Akıncı” və “Kızılelma” üçün mühərrik istehsal edən Ukraynanın “Motor Sich” şirkətinə zərbə endirməklə Türkiyəyə xəbərdarlıq siqnalı göndərib.
Manset.az xəbər verir ki, bunu “Defence news” iddia edib.
Nəşr yazıb ki, Rusiya Prezidenti Vladimir Putin bu hücumla sanki Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib.
Nəşrin yazdığına görə Putin mahiyyət etibarı ilə Ərdoğana deyir ki, bizim dost münasibətlərimizə və bir-birimizə hörmətimizə baxmayaraq, kürəkəninizin (“Kızılelma”nın yaradıcısı Səlçuk Bayrakyarı nəzərdə tutur - red.) Ukraynadakı təşəbbüsü ona baha başa gələcək.
Qeyd edək ki, ötən il noyabrın 12-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkədə iki şirkət - İvçenko-Proqress dövlət müəssisəsi və “Motor Siç” müəssisəsi arasında Türkiyə PUA-ları üçün mühərriklərin tədarükünə dair müqavilə imzaladığını bildirmişdi.