Putinin Türkiyə səfəri təxirə salınır

22:49 - 12 Avqust 2023

Putinin Türkiyə səfəri təxirə salınır

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə ehtimal edilən səfəri təxirə salına bilər.

 

Manset.az “A Haber”ə istinadən xəbər verir ki, dövlət başçıları sentyabrda görüşə bilərlər.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər etməsi də mümkündür.

Prezidentlərin ehtimal edilən görüş zamanı xüsusilə taxıl sazişini müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, daha əvvəl V.Putinin avqustda Türkiyəyə səfər edəcəyi deyilirdi.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az