Miçiqanda keçirilən "Thunder Over Michigan" uçuş nümayişində iştirak edən MiQ-23 təyyarəsi texniki nasazlıq səbəbindən yaşayış evinin dayanacağına çırpılıb.
Manset.az İHA-ya istinadən xəbər verir ki, pilotlar son anda paraşütlə tullanaraq xilas olublar. Onlar Bellevil gölünə eniblər. Federal Aviasiya Administrasiyası pilotların yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Qəzanın baş vermə səbəbi hələki məlum deyil.
Təyyarənin qəzaya uğradığı mənzilin dayanacağına isə külli miqdarda ziyan dəyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları göndərilib. Səlahiyyətlilər insidentdə can itkisinin olmadığını və uçuş şousunun ləğv edildiyini açıqlayıb. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Aygün
Manşet.az