ABŞ-da 2009-2017-ci illərdə prezident olan Barak Obamanın 1982-ci ildə yazdığı məktub ortaya çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Barak Obamanın 40 il əvvəl Los-Ancelesdəki Occidental College-də oxuyarkən o vaxtkı sevgilisi Aleks MakNeara yazdığı məktubdakı ifadələr diqqət çəkib.
21 yaşında yazdığı məktubda sabiq prezident “bilirsən, mən hər gün kişilərlə sevişirəm, amma xəyalımda” ifadəsini işlədib.
Həmçinin, qeyd edib ki, homoseksuallığa gəlincə, bunu indiki vaxtdan uzaqlaşmaq cəhdi, bəlkə də yer üzündəki həyatın sonsuz çaşqınlığını davam etdirməkdən imtina etmək olduğuna inandığımı deməliyəm.
Məktubun hazırda Emori Universitetində saxlandığı bildirilib.
Qeyd edək ki, iki qız atası olan Obama 1992-ci ildə Mişel Obama ilə ailə həyatı qurub. Obamanın sözçüsü məsələ ilə bağlı açıqlama verməyib.
Aygün
Manşet.az