Havayda meşə yanğınlarında ölənlərin sayı 93-ə çatdı - VİDEO

13:39 - 14 Avqust 2023

Havayda meşə yanğınlarında ölənlərin sayı 93-ə çatdı - VİDEO

ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 93-ə çatıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkədə son 100 ildə ən çox insan itkisinin yaşandığı meşə yanğınları olaraq qeydə alınıb.

Bölgədəki səlahiyyətlilər Böyük Ada və Maui adalarında davam edən meşə yanğınlarının son vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib.

Havay adalarının qubernatoru Coş Qrin ölənlərin sayının daha da artacağını gözlədiklərini deyib:

"İndi hamınız bu gün meydanda nə baş verdiyini maraqlandırırsınız. Bu, Havay adalarının yaşadığı ən böyük fəlakətdir. Təxminən 2200 tikili dağıdıldı və zərərin miqdarı 6 milyard dollar oldu".  

Maui polis rəisi Con Pelletier bildirib ki, həyatını itirənlərdən yalnız ikisinin şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun sözlərinə görə bu günə qədər itlərlə yanğın bölgəsinin yalnız 3 faizində axtarış mümkün olub.

Bundan başqa məlum olub ki, yanğınlar zamanı Maui adasında yerləşdirilmiş 80 fəlakət xəbərdarlığı sirenindən heç biri işləməyib. Havay Fövqəladə Hallar İdarəsi Agentliyinin sözçüsü sirenlərin heç birinin aktiv olmadığını bildirib. Fövqəladə vəziyyətdə xalqı təxliyəyə çağıracaq sirenlərin niyə işləmədiyi barədə məlumat verilməyib. Aidiyyatı dövlət qurumları bununla bağlı araşdırma aparacaqlarını vurğulayıblar. Bildirilib ki, yanğınlar zamanı mobil telefonlara xəbərdarlıq mesajlarının göndərilib, radio və televiziya vasitəsilə xəbərdarlıq edilib. Lakin elektrik olmadığı üçün bölgə əhalisi bu xəbərdarlıqların heç birini ala bilməyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az