Polşa xalqı immiqrantların ölkələrinə gəlib-gəlməməsi ilə bağlı səs verəcək

15:25 - 14 Avqust 2023

Polşa xalqı immiqrantların ölkələrinə gəlib-gəlməməsi ilə bağlı səs verəcək

Polşanın baş naziri Mateusz Morawiecki seçicilərdən Avropa İttifaqının təklif etdiyi yeni qaydalara əsasən “minlərlə qeyri-qanuni mühaciri” qəbul etmək istəyib-istəmədiklərini soruşacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir Morawiecki paylaşdığı videoda seçki ilə bağlı vətəndaşlara veriləcək suallarla bağlı paylaşım edib.

Videoda baş nazir bildirib ki, Polşa hökuməti lap əvvəldən Avropa İttifaqının miqrantların köçürülməsi planına qarşıdır. Onun seçicilərə sual edərək bildirib ki, Avropa bürokratiyasının tətbiq etdiyi məcburi mexanizmə əsasən, Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın qəbulunun tərəfdarısınızmı?

Qeyd edək ki, iyunun 30-da Polşa və Macarıstan Avropa İttifaqını Komissiyasının təklif etdiyi “həmrəylik mexanizmi”nə uyğun olaraq mühacirlərin hər bir Aİ ölkəsinə məcburi paylanmasını nəzərdə tutan qaydalara etiraz ediblər. beləki, əks halda üzv dövlətlər hər qəbul edilməmiş miqranta görə 20 min avro ödəyəcəklər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az