Cənubi Koreyada şəxsi fermadan qaçan dişi aslan güllələnərək öldürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, aslan 100-dən çox polis əməkdaşı tərəfindən axtarılıb.
Aslanın təsərrüfat yaxınlığındakı bir düşərgədə onlarla kampçının təxliyyə edilməsinə səbəb olduqdan sonra güllələndiyi bildirilib.
Heyvanın fermanın açıq qalan arxa qapısından qaçdığı güman edilir.
Dişi aslan təxminən bir saat sonra fermanın yaxınlığındakı kolların arasında tapıldıqdan sonra səlahiyyətlilər tərəfindən güllələnib. Aslanın təhlükə yaratması və ya səlahiyyətlilərin onu diri tutmaq üçün sakitləşdirici oxdan istifadə edib-etməməsi araşdırılır.
Aygün
Manşet.az