Şimali Koreya lideri Kim Çen raket istehsalını artırmağı əmr etdi

17:17 - 14 Avqust 2023

Şimali Koreya lideri Kim Çen raket istehsalını artırmağı əmr etdi

Şimali Koreya lideri Kim Çen ABŞ və Cənubi Koreyanın həyata keçirəcəyi 10 günlük “Ulchi Freedom Guardian” hərbi təlimini elan etməsindən sonra təhdidlərə hazır olmaq üçün raket istehsalının artırılmasına göstəriş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kim Çen raket və artilleriya mərmiləri istehsal edən sursat fabrikinə səfəri edib. Səfər zamanı o, hərbi hissələrin ehtiyaclarını ödəmək üçün raket istehsal gücünü əhəmiyyətli dərəcədə artırmağı əmr edib.

Kim Çen bildirib ki, müharibəyə hazırlıq səviyyələri sursat sənayesinin inkişafından asılıdı. Onun sözlərinə görə cəbhə xəttində artilleriya bölmələrini gücləndirmək üçün raket istehsalının eksponent olaraq artırılmasına təcili ehtiyac var.

Həmçinin, Kim Şimali Koreya ordusunun hərbi gücünün qorunub saxlanmalı olduğunu və hər hansı bir müharibənin öhdəsindən gəlmək üçün möhkəm hazırlıq görməli olduqlarını ifadə edib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya arasında Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı hərbi imkanların inkişafı üçün təşkil edilən “Ulchi Freedom Guardian” yay təlimi 21-31 avqust tarixlərində keçirilməsi planlaşdırılır. Şimali Koreya isə hərbi təlimin nüvə müharibəsi üçün məşq olduğunu və bu səbəbdən iki ölkəni qınadığını açıqlayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az