Latviyanın baş naziri istefa verdi

17:31 - 14 Avqust 2023

Latviyanın baş naziri istefa verdi

Latviyanın baş naziri Krisjanis Karins bu həftə hökuməti ilə birlikdə istefa verəcəyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir bu açıqlamanı köhnə adı “Twitter” olan sosial media platforması X vasitəsilə paylaşıb.

Krisjanis Karins koalisiya tərəfdaşı olan “Vahid Siyahı” və “Milli İttifaq” partiyalarını hədəf alıb. Bildirib ki, hazırda bu iki partiya rifah qurmaq və iqtisadiyyatı inkişaf etdirmək səylərinə mane olur.

Baş nazirin sözlərinə görə cümə axşamı istefa ərizəsini prezidentə təqdim edəcək. Həmçinin, partiyasını yeni baş nazir namizədliyini irəli sürməyə çağırıb.

Qeyd edək ki, 2022-ci il oktyabrın 1-də Latviyada keçirilən parlament seçkilərində Karinsin partiyası 19,16 faiz səslə birinci yeri tutub. Seçkidən sonra “Vahid Siyahı” və “Milli İttifaq” ilə koalisiya yaradılıb və 100 deputatdan 54-nün olduğu koalisiya parlamentdə çoxluğu qazanıb. Latviyada növbəti parlament seçkiləri 2026-cı ilə təyin edilib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az