İranın Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti Ansiye Hazali gələn ildən ailələrə dördəm və daha çox uşaqlar üçün pulsuz evlərin veriləcəyini açıqlayıb.
Manset.az xəbər verir ki, İran gələn ildən əhalinin artımını stimullaşdırmaq üçün yeni proqrama başlayacağını açıqlayıb.
Ansiye Hazali bildirib ki, hazırda əhalinin cavanlaşması ilə bağlı qanunla dövlət uşaqlı ailələrə ev almaqda köməklik edir. Onun sözlərinə görə yeni illə biz bu qanunu genişləndirmək, dördüz və daha çox uşaqlı ailələrə ev vermək istəyirik.
İran əhalisinin qocalması ilə mübarizə çərçivəsində əhalinin artımını təşviq edən siyasətlər həyata keçirir. Buna görə də ölkədə analıq məzuniyyəti 6 aydan 9 aya qaldırılıb, atalara isə 2 həftəlik məzuniyyət verilib. Əvvəlki illərdə hər uşağa qızıl yardım edən İran “bir ailəyə iki uşaq” siyasətini həyata keçirirdi.
Qeyd edək ki, hökumətin əhalini cavanlaşdırmaq məqsədi ilə müxtəlif stimullaşdırıcı siyasətlər həyata keçirməsinə baxmayaraq, ölkəyə qarşı embarqolar, işsizlik və inflyasiyanın artması iranlıların uşaq sahibi olmaq fikrini gecikdirməsinə səbəb olub. Ekspertlər 20 ildən sonra ölkədə əhalinin artımının dayanacağından narahatdırlar.
Aygün
Manşet.az