Türkiyə sərhədində 6 terrorçu saxlanıldı

18:25 - 14 Avqust 2023

Türkiyə sərhədində 6 terrorçu saxlanıldı

Suriya və Yunanıstan sərhədini qeyri-qanuni yollarla keçməyə cəhd edən 7 nəfər saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında məlumat verilib.

Yunanıstan və Suriyadan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qanunsuz keçməyə çalışan 7 nəfər Sərhəd Qartalları tərəfindən yaxalanıb.

Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 5-nin FETÖ, 1-nin isə PKK/KCK/PYD-YPG terror təşkilatı üzvü olduğu müəyyən edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az