Əfqanıstanın Host vilayətində yerləşən hoteldə partlayış baş verib.
Manset.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Məlumatda , partlayışda Pakistanın Vəziristan bölgəsindən olanların da həyatını itirdiyi açıqlanıb.
Taliban-dan verilən açıqlamada isə bildirib ki, son aylarda onlara qarşı bir neçə reyd keçirilib.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, xarici qüvvələrin Əfqanıstandan çıxarılmasından və Talibanın hakimiyyəti ələ keçirməsindən sonra minlərlə əfqan mülki vətəndaş zorakılıq nəticəsində həlak olub.
Jalə
Manşet.az