Rusiya Mərkəzi Bankı avqustun 15-də İdarə Heyətinin fövqəladə iclasını elan edib.
Manset.az xəbər verir ki, iclasda əsas məzənnə ilə bağlı qərar qəbul ediləcək.
Mərkəzi Bank qərarı Moskva vaxtı ilə saat 10:30-da dərc etmək niyyətindədir. Fövqəladə iclasa ehtiyac rublun gözlənilməz zəifləməsi fonunda yaranıb.
Qeyd edək ki, bu gün dolların məzənnəsi 101 rubl, avro isə 111 rubl səviyyəsini keçib.