Zelenski Donetskə getdi

20:30 - 14 Avqust 2023

Zelenski Donetskə getdi

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Donetsk vilayətinə səfər edib.

 

Manset.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.

O qeyd edib ki, Donetskdə 22-ci motoatıcı briqadaya baş çəkib.

Zelenski bildirib ki, hazırda 22-ci briqada “Soledar” operativ-taktiki səviyyəli qrupun tərkibində tapşırıqları yerinə yetirir.

O, briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti və müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri barədə məruzələri dinləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az