Soyuducuların içərisində gizlədilmiş 34 cəsəd tapıldı

09:54 - 15 Avqust 2023

Soyuducuların içərisində gizlədilmiş 34 cəsəd tapıldı

Meksikanın Verakruz əyalətində yerləşən Poza Rika şəhərində təhlükəsizlik qüvvələri, ordu və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində 5 evdə aparılan axtarış zamanı soyuducularda gizlədilmiş 34 nəfərin cəsədi aşkar edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmilər cəsədlərin parçalanaraq torbalara qoyulduğunu, hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildirib.

Əməliyyata polisə atəş açan silahlı dəstənin tutulması məqsədi ilə başlanılıb. Silahlı şəxslərin sığındığı evdə 14 cəsədin tapılmasından sonra əməliyyatın genişləndirildiyi qeyd edilib. Prokurorluq onu da bildirib ki, əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.

Qətllərin bölgədə fəaliyyət göstərən və müxtəlif cinayətlərdə əli olduğu bilinən Jalisco Next Generation Cartel (CJNG) tərəfindən törədildiyi güman edilir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az