Norveçdə dəmir yolu körpüsü çökdü

10:35 - 15 Avqust 2023

Norveçdə dəmir yolu körpüsü çökdü

Norveçdə Laagen çayı üzərindəki dəmir yolu körpüsü güclü yağışlar nəticəsində uçub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Laagen çayı üzərindəki 172,5 metr uzunluğundakı dəmir yolu körpüsü “Hans fırtınası” səbəbindən uçub.

Körpünün uçma təhlükəsi olduğu üçün yol 1 həftə əvvəl nəqliyyatın hərəkətinə bağlanıb. Buna görə hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirilib.

Qeyd edək ki, avqustun 9-da Norveçdə "Hans" qasırğasının yaratdığı güclü yağışlar nəticəsində Qlomma çayı üzərində yerləşən Braskereidfoss Su Elektrik Stansiyasının qismən çökməsi baş verib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az