Donald Trampa qarşı yeni ittihamlar

10:55 - 15 Avqust 2023

Donald Trampa qarşı yeni ittihamlar

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə etdiyi iddiası ilə yeni ittihamlar irəli sürülüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampa qarşı 41 ittihamın yer aldığı 98 səhifəlik ittihamnamədə daha 13 ittiham irəli sürülüb.

Beləki, Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə, o cümlədən “dövlət məmurunu andını pozmağa təhrik etmək”, “yalan bəyanatlar vermək üçün tələ qurmaq” və “korrupsiya və şantajla mübarizə üzrə dövlət qanunlarını pozmaq” kimi iddialar qaldırılıb.

İttihamnamədə Trampdan başqa, vəkilləri, kampaniya qrupundan mühim adlar və Ağ Evin keçmiş Aparat rəhbəri Mark Meadouz da daxil olmaqla daha 18 nəfər ittiham olunub.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az