Canan Karatay 2025-ci ildə baş verəcək böyük fəlakəti açıqladı

13:54 - 15 Avqust 2023

Canan Karatay 2025-ci ildə baş verəcək böyük fəlakəti açıqladı

Türkiyəli proffessor, daxili xəstəliklər üzrə mütəxəssis, hekim Canan Karatay daha bir açıqlamsı ilə gündəm olub.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Canan Karatay 2025-ci ildə dünyada böyük qıtlıq başlayacağını və hamının buna hazırlıq gördüyünü bildirib.

Karatay mədənlər uğrunda məhv edilən meşə sahələrinin, xüsusilə zeytun ağaclarının həyatımızda əhəmiyyətinə diqqət çəkib.

O, zeytun ağaclarının yandırılmasına üsyan edərək bildirib ki, mədənlər başqa yerlərdə də tikilə bilər:  

“2025-ci ildə dünyada böyük qıtlıq olacaq və hamı buna hazırlaşır. Buna zeytun ağacları dayanacaq. Çünki zeytun ağacları çox çətin ağaclardır, çox möhkəm ağaclardır. Onlar hər cür susuzluğa, soyuğa, daşa, torpağa, sıxıntıya tab gətirə bilən ağaclardır. Zeytun ağacları olan dövlətlər ayaqda qalacaq. Zeytun meyvəsi və yağı çox vacibdir. Xahiş edirəm zeytun ağaclarının yox olmasına imkan verməyin”.

Qeyd edək ki, Akbelen meşəsindəki mədən üçün son meşə qırılması aparılır. 2019-cu ildən bəri Limak Holdinq və IC Holdinqin ortaq filialı olan YK Energy-nin Muğla Milasdakı Akbelen Meşəsində kömür yatağının genişləndirilməsi üçün başlatdığı ağac qətliamına qarşı vətəndaşlar mübarizə aparır.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az