Fransanın cənubundakı Orta Pireney adalarında baş verən yanğında 500 hektar meşə sahəsi zərər görüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Pireney Qubernatorluğu açıqlama verib. Bildirilib ki, bölgədəki Saint-Andre, Sorede və Argeles-sur-Mer yaşayış məntəqələrində dünən başlayan yanğın ancaq səhər saatlarında nəzarətə götürülə bilib.
Bölgəyə 650 yanğınsöndürən və helikopterlər yönləndirilib. Alov və tüstüdən 20-si yanğınsöndürən də daxil olmaqla 50-dən çox insan xəsarət alıb. Nəzarət altına alınan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
3 min insan təhlükəsizlik məqsədi ilə təxliyə edilib. 4 istirahət düşərgəsinə ziyan dəyib.
Aygün
Manşet.az