Çexiya Türkiyə səfirliyinin cümhuriyyətin 100 illiyi münasibətilə Atatürkün heykəlinin ucaldılması tələbini qondarma “erməni soyqırımı”nı əsas gətirərək rədd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Çexiyadakı səfirliyi paytaxt Praqada səfirliyin binası ilə üzbəüz yerləşən kiçik parkda Atatürkün üç metrlik heykəlinin ucaldılması ilə bağlı müraciət edib. Beləki, Praqa rəsmiləri müzakirələrdən sonra sorğunun rədd edilməsinə qərar verib.
Praqanın 6-cı rayon merinin mədəniyyətdən məsul müavini Yan Laçina bildirib ki, qərar qəbul edərkən bir çox meyarları nəzərə alınıb. O, heykəlin bədii keyfiyyəti və qoyulacağı Ankara küçəsinin yerinin vacib olduğunu vurğulayıb. Həmçinin, Laçina xatırladıb ki, Çexiya 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi qiymətləndirir. Bildirib ki, biz müasir, dünyəvi türk dövlətinin qurucusuna olan hörmətimizi qoruyuruq, lakin heykəli Praqanın 6-cı bölgəsinə qoymayacağımıza qərar verdik.
Aygün
Manşet.az