İranda “Leylanın qardaşları” filminin ssenari müəllifi və rejissoru Səid Rüstəyi 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, film 2022-ci ildə 75-ci Kann Film Festivalında FIPRESCI mükafatına layiq görülüb.
Həmçinin, rejissorun daha 5 il müddətində şərti azadlığa buraxılması çərçivəsində filmlərdə işləyə bilməyəcəyi qeyd edilib.
Dünyada maraqla izlənilən filmin ölkədə hədəf alınmasına səbəb isə İranda rəsmi icazə olmadan Kann Film Festivalına göndərilməsi və rejim əleyhinə təbliğat aparmasıdır.
Aygün
Manşet.az