“Biz ABŞ-dan qorxmuruq” - Yəmən

17:46 - 15 Avqust 2023

“Biz ABŞ-dan qorxmuruq” - Yəmən

Yəmənin Milli Azadlıq Hökumətinin nümayəndə heyəti amerikalıların Yəmən və Bab sahillərində Əl-Məndəb boğazında işğalçı mövcudluğuna son qoymalı olduqlarını vurğulayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yəmənin rəsmi xəbər agentliyi Səba məlumat verib.  

Yəmən rəsmiləri Amerika qüvvələrinin bu ölkənin sahillərində, dənizlərində və bəzi hərbi bazalarında olmasını region və dünyaya fəlakətli təsirləri olan düşmənçilik hərəkəti hesab edir.

Həmçinin, Milli Azadlıq Hökuməti ABŞ-dan qorxmadıqlarını bəyan ediblər.

Əbdüləziz Bin Həbturun başçılığı ilə Yəmənin Milli Azadlıq Hökumətinin şənbə günü toplaşan nümayəndə heyəti vurğulayıb ki, amerikalılar Yəmən və Bab sahillərində Əl-Məndəb boğazında işğalçı varlığa son qoymalıdırlar.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin tərtib etdiyi plan çərçivəsində 3000-dən çox Amerika dənizçisi və əsgəri Qərbi Asiyaya, xüsusilə Qırmızı dənizə (Qərbi Yəmən) gəldiyini elan edib. Bəzi siyasi müşahidəçilər ABŞ-ın bu addımını gərginlik yaradan, regionun sülh və sabitliyinə zidd addım kimi qiymətləndiriblər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az