Rusiya İrana benzin ixracını dayandırdı

18:01 - 15 Avqust 2023

Rusiya İrana benzin ixracını dayandırdı

Rusiya İrana gündəlik 10 milyon litr benzin ixracını dayandıraraq, Türkmənistan və Özbəkistandan da İrana benzin göndərməməyi istəyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın bu addımı İranın yanacaq ehtiyatlarının istehlakında 4 günlük azalmaya səbəb olub.

İran Neft Nazirliyinin məlumatına görə, ölkədə benzin istehsalı və istehlakı arasındakı uyğunsuzluğu kompensasiya etmək üçün Rusiyadan gündə 10 milyon litrə qədər benzin idxal etməli idi. Lakin ruslar İranın tələbatını bilsələr də, neft satışını dayandırıblar.

Qeyd edək ki, İranın bir sıra əyalətlərində yanacaq çatışmazlığı böyük problemlərdən birinə çevrilib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az