Kanadada alüminium folqa ilə bükülmüş dönər kostyumu hərracda 12 min dollara alıcı tapıb.
Manset.az BBC-yə istinadən xəbər verir ki, kostyumun reklamı Alberta əyalətinin hərrac saytında yerləşdirilən zaman böyük marağa səbəb olub. Heç istifadə olunmayan 142 sm-lik kostyum üçün dönər restoranları arasında qiymət artımı başlayıb. Sonda əyalətdəki bir dönər restoranlar zənciri hərracda qalib gəlib.
Kostyum üçün hərracda iştirak edən kanadalı YouTuber Steve Wallis BBC-yə müsahibəsi zamanı dönər yiyərək böyüdüyünü bildirib. Onun sözlərinə görə gecə saat 02:00-da bardan çıxanda yeganə açıq yer dönərçi idi.
Aygün
Manşet.az