İtaliyada bir qəsəbədə 50 il sonra ilk cinayət işləndi - Qatil türk çıxdı

11:07 - 16 Avqust 2023

İtaliyada bir qəsəbədə 50 il sonra ilk cinayət işləndi - Qatil türk çıxdı

İtaliyanın Cənubi Tirol əyalətinin Silandro şəhərində 21 yaşlı Celine Frei Matzohl keçmiş sevgilisi Ömer Çim tərəfindən bıçaqlanaraq öldürülüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə 50 ildir heç bir qətlin törədilmədiyi qəsəbədə böyük şok yaradıb.

Ömər Çim hadisədən sonra xaricə qaçmaq istəyərkən filmə bənzər əməliyyatla polis tərəfindən yaxalanıb.

İddiaya görə Ömer Çim dostu vasitəsilə tanış olduğu Celine Frei Matzohl-u evinə dəvət edib. Evdə birlikdə içki içib söhbət edən ikili arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə böyüyüb və Çim Matzohlu qonaq otağının pəncərəsindən itələyib. Qadın binanın 4-cü  mərtəbəsindən yıxılaraq hadisə yerində dünyasını dəyişib.

Cinayət şübhəlisi Çim Avstriyaya qaçmağa çalışarkən yaxalanıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az