İordaniya, Misir və İraqın xarici işlər nazirləri əməkdaşlıq, koordinasiya və 3 ölkənin razılaşdığı layihələrin tamamlanması barədə danışıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüş Misirin paytaxtı Qahirədə baş tutub.
İordaniya xarici işlər naziri Ayman əs-Safedi, Misir xarici işlər naziri Samih Şükri və İraqın xarici işlər naziri Fuad Hüseyn üç ölkəni bir araya gətirən tarixə və ortaq maraqlara əsaslanan əməkdaşlıq mexanizminin əhəmiyyətini vurğulayıblar.
Nazirlər üçtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində ümumi maraqlara xidmət edən layihələr haqqında danışıblar.
Aygün
Manşet.az