Çin Yaponiyanın baş nazirinə etiraz etdi

11:56 - 16 Avqust 2023

Çin Yaponiyanın baş nazirinə etiraz etdi

Çin Yaponiyanın baş naziri Kişida Fumioya etiraz edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Yaponiyanın baş naziri Kişida Fumionun bəzi yapon hərbi cinayətkarlarının məzarlarının yerləşdiyi mübahisəli Yasukuni məbədinə əklil göndərməsini pisləyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin bunu Pekində keçirilən gündəlik mətbuat konfransında bildirib.

Vanq Vinbin qeyd edib ki, Kişidanın hərəkəti Yaponiyanın tarixi problemlərə yanlış münasibətini bir daha ortaya qoyur:

“Yapon tərəfinə tarixdən dərs almağı, militarizmlə əlaqələrini geridə qoyaraq dinc inkişaf yoluna sadiq qalmağı və Asiya qonşularının, həmçinin, beynəlxalq ictimaiyyətin etimadını itirməsinə səbəb olacaq addımlardan çəkinməyi tövsiyə edirik”.

Qeyd edək ki, Yaponiyanın baş naziri Kişida A dərəcəli hərbi cinayətlərə görə məhkum edilmiş 14 əsgərin məzarlarının yerləşdiyi mübahisəli məbədə əklil göndərib. Bundan başqa İqtisadi Təhlükəsizlik üzrə Dövlət Naziri Takaichi Sanae, eləcə də bəzi keçmiş nazirlər mübahisəli Yasukini Məbədini ziyarət ediblər.

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az