ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 106-ya yüksəlib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər yanğınlardan zərər çəkmiş ərazinin yüzdə 32-də axtarış işlərinin tamamlandığını bildirib.
Böyük Ada, Maui adası və tarixi Lahaina qəsəbəsini məhv edən meşə yanğınlarında həyatını itirənlərin kimliyini müəyyən etmək üçün əraziyə məhkəmə-tibb ekspertiza həkimləri və texniklər göndərilib.
Çox sayda insanın həyatını itirməsi səbəbindən şəxsiyyətin müəyyənləşdirilməsinin uzun sürəcəyi vurğulanıb.
Bildirilib ki, yanğınlar səbəbiylə yeri müəyyən edilə bilməyən 1300 adam hələ də axtarılır.
Aygün
Manşet.az