Çinli nazir həmkarını qalstuksuz görüb görün nə etdi - VİDEO  

16:17 - 16 Avqust 2023

Çinli nazir həmkarını qalstuksuz görüb görün nə etdi - VİDEO  

Çinin xarici işlər naziri Vanq Yi Cənub-Şərqi Asiya turnesinin ilk mərhələsində Sinqapurda həmkarı Vivian Balakrişnan ilə görüşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Sinqapurun Botanika bağına nahara gələn Vanq Yi qapıda qarşılama zamanı Balakrişnanın qalstuksuz olduğunu görüb və qalstukunu çıxarıb. Nazir Vanqdan sonra onun köməkçiləri də qalstuklarını çıxarıblar.

Bildirilib ki, Yi və Balakrişnan arasında keçirilən görüşdə regional və beynəlxalq hadisələr, o cümlədən Sinqapur və Çin arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az