Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Sudandakı qarşıdurmalar səbəbindən 3 milyon 433 min 25 nəfərin didərgin düşdüyünü açıqlayıb.
Manşet.az xarici mediaya istinadən xəbər verir ki, BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) bunu Sudanda ordu ilə paramiliter Sürətli Dəstək Qüvvələri (RSF) arasında aprelin 15-də başlayan qarşıdurmanın balansını açıqlayarkən deyib.
Açıqlamada son rəqəmlərdə ölkədəki qarşıdurmalardan və iqtisadi böhrandan təsirlənən 1 milyon 17 min 449 nəfərin qonşu ölkələrə miqrasiya etdiyi bildirilib.
Aygün
Manşet.az