Fransada ultra zənginlərin tez-tez getdiyi tətil cənnəti olan Saint Tropezdə bir italyan turistin ofisianta verdiyi 500 avro bəxşiş mübahisəyə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ofisiant adı açıqlanmayan çox varlı italyana bu pulun kifayət etmədiyini deyib və 1000 avro istəyib.
Hadisə şahidləri italiyalı turistin çox əsəbiləşdiyini bildiriblər.
İtalyanın fransız dostu da mətbuata bildirib ki, o, 500 avro bəxşişi verməyi səxavət hesab edirdi, amma bu cür problem yaşadı. O, dostunun bu hadisəyə görə yenidən Saint Tropesə ayaq basmaq istəmədiyini bildirib.
Fransız mətbuatı ofisiantın istədiyi 1000 avroluq bəxşişin hesabın 20 faizi olduğunu yazıb. Bu da dəbdəbəli kurortlarda standart bəxşiş dərəcəsidir.
Aygün
Manşet.az