Rusiya kosmik gəmisi Ayın orbitində

18:56 - 16 Avqust 2023

Rusiya kosmik gəmisi Ayın orbitində

Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın orbitinə çıxıb.

 

 Manset.az xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan Luna-25-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Həmçinin, Luna-25-in Yerin təbii peyki Ayın orbitinə girdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

“Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az