Çində yeni nəsil robot it - “CyberDog 2” hazırlanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, əsasən sahibini tanıya bilir.
9 kq çəkisi olan robot yeriyir, pəncə üstə gəzir, skeytbord sürür.
O, dörd mikrofon və sensorların köməyilə səs əmrlərini eşidir və üz tanıma funksiyasını da icra edir.
Robotun qiyməti təxminən 1770 ABŞ dolları dəyərindədir.