Böyük Britaniyadakı ekspertlər yeni koronavirus variantı BA.6 ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Manset.az bakupost.az-a istinadən xəbər verir ki, Oksford Universitetindən Trişa Qrinhalq və London Universitet Kollecindən Kristina Pagel İsrail və Danimarkada aşkarlanan Omicron-un BA.6 alt variantını araşdırıblar.
Yeni variantın digər Omicron variantına nisbətən daha çox mutasiyaya malik olduğunu ifadə edən Pagel, "Bu, potensial olaraq daha böyük dalğaya səbəb ola bilər" deyə əlavə edib.
Warwick Universitetindən Lawrence Young, Omicron alt növünün dünyada yayılmağa davam etdiyini və daha güclü bir variantın ortaya çıxmasının sürpriz olmayacağını söy
East Anglia Universitetindən Paul Hunter, digər mütəxəssislərdən fərqli olaraq, yeni variantın əhəmiyyətli bir epidemiyaya səbəb olmayacağını deyib və maskanı yalnız risk qruplara tövsiyə edib.