Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda atasını öldürməkdə günahlandırılan Misir əsilli ABŞ vətəndaşı Bişevi Şərif Naci Nasifin edam edildiyi açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs atasını döydükdən sonra boğmaqda, adam öldürməyə cəhddə və narkotik maddə istifadəsinə görə ittiham olunub.
Bu qərardan sonra Nəsifin bu gün Ər-Riyad bölgəsində edam edildiyi bildirilib.
Bu hadisə Səudiyyə Ərəbistanında məhkəmə prosesinin və cəza sisteminin nəticəsini əks etdirən mühüm hadisə kimi qeydə alınıb.
Aygün
Manşet.az