İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 7 ildən sonra Tehranla Ər-Riyad arasında münasibətlərin bərpasından sonra ilk dəfə Səudiyyə Ərəbistanına gedib.
Manset.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, Abdullahiyan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada getmək üçün Tehrandan ayrılıb.
Abdullahiyanın səfəri zamanı İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunacaq.
Səfərlə eyni vaxtda İranın Ər-Riyaddakı səfiri təyin edilən Əli Rza Enayeti Səudiyyə Ərəbistanında rəsmi olaraq vəzifəsinə başlayacaq.
Qeyd edək ki, martın 10-da İran və Səudiyyə Ərəbistanı 7 illik fasilədən sonra münasibətləri normallaşdırmaq qərarına gəlib.
Aygün
Manşet.az