Almaniyada marixuananın məhdud şəkildə leqallaşdırılması üçün hazırlanan qanun layihəsi reaksiyalara səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Şurası tərəfindən təsdiqlənən və Səhiyyə naziri Karl Lauterbax tərəfindən təqdim edilən qanun layihəsi gəncləri narkotikdən qorumaq, qara bazarın qarşısını almaq üçün nəzərdə tutulub.
Qanun layihəsinə etiraz edənlər bildirib ki, marixuananın leqallaşdırılması ilə narkotik istehlakının təhlükəsiz görünməsi problemi ortaya çıxacaq.
Xristian Demokratik Birlik Partiyasının baş katibi Carsten Linnemann bildirib ki, onun ciddi səhv hesab etdiyi qanun layihəsi “tibbi baxımdan məsuliyyətsizdir”. Linnemann vurğulayıb ki, qara bazarın qanuniləşdiyi yerdə cinayətlər ara bilər.
Etirazçılar hökuməti məhkəmə və səhiyyə mütəxəssislərinin xəbərdarlıqlarına məhəl qoymamaqda günahlandırıb.
Aygün
Manşet.az