Ukrayna 2 rus helikopterini vurdu

17:13 - 17 Avqust 2023

Ukrayna 2 rus helikopterini vurdu

Ukrayna Silahlı Qüvvələri bu gün Rusiyanın 2 Ka-52 helikopterini vurub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Mikola Oleşçuk sosial media hesabından məlumat verib.

Açıqlamada Ukrayna ordusunun Bəhmut istiqamətində Rusiyanın Ka-52 helikopterini vurduğunu bildirib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabından bildirib ki, Rusiyaya məxsus vurulan 2 Ka-52 helikopteri xarici komponentlər olmadan uça bilməz.

Onun sözlərinə görə ukraynalı mütəxəssislər uzun müddətdir Ka-52 helikopterini tədqiq edir.

Yermak qeyd edib ki, Rusiyanın sanksiyalardan yayınaraq bu komponentləri hansı üsullarla aldığını araşdırırlar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az