Nigeriyanın Niger əyalətində Hərbi Hava Qüvvələrinə (HHQ) aid helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, helikopterdə 2-si pilot olmaqla 4 ekipaj üzvü və 7 yaralı əsgər olub.
Bildirilib ki, 11 nəfərin həyatını itirdiyi hadisənin səbəbini müəyyənləşdirmək üçün istintaq aparılır.
Aygün
Manşet.az