"WhatsApp"ın beta tətbiqində vacib bir xüsusiyyəti sınaqdan keçirdiyi ortaya çıxıb.
Manset.az TGRT Haber-ə istinadən məlumat verir ki, yeni funksiya fotoşəkilləri HD rezolyusiyada göndərməyə imkan verəcək.
Mark Zukerberq Instagram kanalındakı paylaşımında “WhatsApp”a HD şəkil göndərmə funksiyasının gətirildiyini rəsmən açıqlayıb.
Paylaşdığı video ilə yeniliyi göstərən Mark istifadəçilərin çəkdikləri şəkli HD formatda göndərə biləcəklərini bildirib.
"WhatsApp"a görə, standart keyfiyyətli fotoşəkillər adətən 1,5 MP ilə 4 MP (meqapiksel), HD fotoşəkillər isə 9 MP ilə 16 MP arasındadır.
Bu xüsusiyyət hazırda bütün dünyada səviyyələrdə yayılır. WhatsApp-ın ən son yeniliklərindən yararlanmaq istəyirsinizsə, tətbiqi daim yeni saxlamaq faydalıdır.
Jalə
Manşet.az