Dünyada bir ilk: İnsana donuz böyrəyi köçürüldü

19:17 - 17 Avqust 2023

Dünyada bir ilk: İnsana donuz böyrəyi köçürüldü

Dünyada ilk dəfə ABŞ alimləri  geni dəyişdirilmiş donuz böyrəyi insana köçürüblər.

 

Manset.az CHNTürk-ə istinadla bildirir ki, 14 iyulda Nyu York-da  baş tutan əməliyyatla donuz böyrəti bədəni donor olan və beyni ölən xəstəyə köçürülüb. 

32 gün ərzində aparılan müşahidələrdən sonra böyrəyin işləməsində heç bir problem baş vermədiyi açıqlanıb.

Əməliyyatı həyata keçirən və daha əvvəl ilk geni dəyişdirilmiş donuz böyrəyini köçürən Cərrahiyyə şöbəsinin müdiri Phil Montgomery bildirib ki, bu tədqiqat göstərir ki, yalnız bir genetik modifikasiya ilə, eksperimental dərmanlar və ya cihazlar olmadan, donuz böyrəyi rədd edilmədən ən azı 32 gün insan böyrəyi kimi fəaliyyət göstərə bilər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az