Rusiyaya görə NATO-nun nüvə siyasətini dəyişməyə heç bir səbəb yoxdur.
Manset.az xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Norveçdə konfrans zamanı deyib.
O, avqustun 17-də Norveçdə keçirilən tədbirdə bildirib ki, hazırda NATO-nun nüvə imkanlarını hər hansı şəkildə dəyişməyə və müvafiq döyüş başlıqlarının yerləşdirilmə üsuluna düzəlişlər etməyə əsası yoxdur.
Stoltenberq Moskvanın bu sahədəki fəaliyyətini isə belə şərh edib: "Hələlik biz bunu tələb edəcək heç nə görməmişik”.