Qara dənizdə Rusiya gəmilərinə hücum

11:47 - 18 Avqust 2023

Qara dənizdə Rusiya gəmilərinə hücum

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsinin Qara dənizdə Rusiya hərbi gəmilərinə uğursuz hücum cəhdi etdiyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum bu gecə həyata keçirilib.

Ukrayna ordusunun Qara dənizdə Sevastopolun 237 kilometr cənub-qərbində patrulluq edən Rusiya hərbi gəmilərinə pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd edildiyi bildirilib.

Pilotsuz dəniz vasitəsi Rusiyanın “Pitliviy” və “Vasiliy Bikov” patrul gəmilərinin açdığı atəş nəticəsində məhv edilib.

Aygün

Manşet.az

                                                                                                                                                                   


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az