Zukerberq İlon Maskın qəfəs döyüşünün şərtləri ilə razılaşmadı

16:13 - 18 Avqust 2023

Zukerberq İlon Maskın qəfəs döyüşünün şərtləri ilə razılaşmadı

Əvvəllər Twitter kimi tanınan X sosial media platformasının sahibi İlon Mask Meta şirkətinin rəhbəri Mark Zukerberqin qəfəs döyüşünün şərtlərini qəbul etmədiyini bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mask İtaliyada Zukerberqlə birgə keçiriləcəyi planlaşdırılan "Qədim Roma" temalı qəfəs döyüşü ilə bağlı açıqlama verib.

Mask bildirib ki, Qədim Romanın tarixini təbliğ edərkən biz həm də Amerika veteranları və İtaliyadakı uşaq xəstəxanaları üçün pul toplamaq istəyirdik. Zukerberq bu yanaşma ilə maraqlanmadığı üçün təklifdən imtina etdi.

Mask həmçinin, “Zuckerberg yalnız UFC tədbiri təşkil edilərsə döyüşmək istəyir, mən isə istənilən döyüşə hazıram” deyib.  

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az