Donald Tramp həbsxanaya könüllü gedəcək

12:22 - 19 Avqust 2023

Donald Tramp həbsxanaya könüllü gedəcək

ABŞ-nin Corciya ştatında seçkilərə müdaxilədə ittiham olunan Donald Tramp Fulton əyalətinin həbsxanasına könüllü şəkildə gedəcək. Bunun avqustun 24 və ya 25-də baş verəcəyi gözlənilir.

 

Manset.az xəbər verir ki, Fulton əyalətinin prokuroru Fulton Feni Uillis daha əvvəl demişdi ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib.

"Müttəhimlərə qeyd olunan həbsxanaya gəlmək tapşırılıb, onlar burada rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri alınacaq. Şərif dəftərxanası vurğulayıb ki, "təqsirləndirilən şəxs istənilən vaxt gələ bilər, həbsxana həftənin yeddi günü, sutkanın 24 saatı açıqdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az