Rusiya, Türkiyə və Qətər “Taxıl sazişi” əvəzinə yeni müqavilə hazırlayır

14:47 - 19 Avqust 2023

Rusiya, Türkiyə və Qətər “Taxıl sazişi” əvəzinə yeni müqavilə hazırlayır

Rusiya, Türkiyə və Qətər “Taxıl sazişi”nə alternativ ola biləcək yeni saziş hazırlayır.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, təşəbbüs çərçivəsində ərzaq əsasən Afrikadakı yoxsul ölkələrə göndəriləcək.

Çatdırılmaların təşkilatçısının Türkiyə, sponsorunun isə Qətər olacağı bildirilir.

KİV-də razılaşmanın gələn həftənin sonu Budapeştdə bağlana biləcəyi iddia olunur.

Xatırladaq ki, iyulun 17-də Rusiya başa çatan taxıl müqaviləsini yeniləməkdən imtina etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az