Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin (SQ) Rostov-Don qrupunun qərargahında müşavirə keçirib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Putin SQ Baş Qərargah rəisi Valeri Gerasimovun, Ukraynadakı əməliyyatların istiqamətlərinə rəhbərlik edən komandirlərin və Rostov-Don qrupunun zabitlərinin məruzələrini dinləyib.