Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 129-a çatıb.
Manset.az xəbər verir ki, bu barədə Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
128 nəfər tibbi yardım üçün müraciət edib. Hazırda 46 nəfər xəstəxanalardadır.
Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər ölüb. 60-dan çox ev dağıntılar nəticəsində zədələnib.
Avqustun 19-21-də şəhərdə matəm elan edilib.