Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Manset.az xəbər verir ki, partlayış avqustun 14-də plastmas istehsal edən fabrikdə baş verib.
Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, hazırda 59 zərərçəkəndən 12-si xəstəxanalarda müalicə alır.